Bakı. 20 aprel. REPORT.AZ/ Pakistanın maliyyə, gəlirlər, iqtisadi işlər və statistika naziri İshak Dar Azərbaycana səfər edəcək.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər mayın 2-5-də baş tutacaq. 
Səfər zamanı pakistanlı nazir Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də ölkənin maliyyə naziri Samir Şərifovla görüşməyi planlaşdırır. Görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.