"Exo Moskva"nın məlumatına görə, Camal separatçı Luqansk Xalq Respublikasında "Forbes" jurbnalının tapşırığı əsasənda çalışıb.
Prezident şurasının Beynəlxalq əlaqələr və insan hüquqları üzrə üzvü, jurnalist Maksim Şevçenkonun verdiyi məlumata görə, O.Camal 7 saat sorğu-sual ediib. Texnikası alındıqdan sonra buraxılıb.
Onun sözlərinə görə, jurnalist Rusiyaya qayıdarkən nəzarət buraxlış məntəqəsində federal təhlükəsilik xidməti əməkdaşları tərəfindən saxlanılıb. "O heç bir izahat verilmədən sorğu-sual edilib. Ondan hətta həyat yoldaşından nə zaman ayrıldığı da öyrənilib".
O.Camal özü açıqlamasında bu barədə məlumatı təsdiqləyib və 7 saatdan sonra texnikası alınaraq Rusiyaya buraxıldığını bildirib.
Xatırladaq ki, adıçəkilən jurnalist şərqşünas-islamşünas yazar Heydər Camalın ailəsində - 1966-cı il noyabrın 12-də Moskvada doğulub. O, Rusiya paytaxtındakı Geologiya-kəşfiyyat İnstitutunun məzunudur. 1988-ci ildən televiziyada,1995-ci ildən qəzetlərdə çalışıb.
“Veçernyaya Moskva”, “Veçerniy kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta”, “Versiya” kimi nəşrlərdə imzası var. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi qaynar nöqtələrdə çalışıb.
O.Camal 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.





Mənbə
ANS PRESS