Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə "The Baltimore Sun" qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, qaradərili Freddi Qrey aprelin 12-də polis tərəfindən saxlanılıb. Bir neçə polis velosipedlə onun arxasınca düşərkən o, qaçmağa başlayıb. Polislər onu yaxalayaraq yerə yıxıblar. Sonradan onun heç bir cinayətdə əli olmadığı məlum olub.
Buna baxmayaraq, bu həbsdən sonra Qrey onurğasından əməliyyat olunub və komaya düşüb. Ayın 19-da isə dünyasını dəyişib.
Milli.Az