Nigeriyanın cənub-şərq hissəsində 3 gündə 18 nəfərin ölməsinə səbəb alkoqollu içki olub.

Anspress-in məlumatına görə, bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölüm hallarının müəmmalı virusla əlaqədar olduğunu iddia edirdi.

Lakin Nigeriyanın Səhiyyə Nazirliyi iddiaları rədd edib. Nazirliyin əməkdaşı Dayo Adeyyancu bildirib ki, ölüm hallarına səbəb metil spirti ilə zəhərlənmə olub.

Doktor qeyd edib ki, məhz yerli barlarda hazırlanan spirtli içkilər insanları zəhərləyərək öldürüb.

Milli.Az