Bakı, 20 aprel, AZƏRTAC
Bu ilin iyulunda ilk dəfə Nelson Mandela adına Mükafat təqdim olunacaq.
AZƏRTAC BMT-nın məlumatına istinadla xəbər verir ki, namizədlərlə bağlı müraciətlər mayın 18-dək qəbul olunacaq. Laureatların adları isə iyunda açıqlanacaq. Namizədləri dövlətlər və qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülə bilər. Mükafat bəşəriyyətə xidmətlərə və BMT prinsiplərinin həyata keçirilməsində göstərilən səylərə görə təqdim olunur.
Mükafatın ilk təqdimatı iyulun 18-də Beynəlxalq Nelson Mandela Günündə keçiriləcək.