BMT Eboladan zərər çəkmiş ölkələr üçün vəsait toplayacaq
Bakı, 20 aprel, AZƏRTAC
İyulda BMT-nin qərargahında Ebola epidemiyasından zərər çəkmiş ölkələrin - Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına vəsaitin toplanması üzrə yüksək səviyyəli konfrans keçiriləcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, təşkilatın Baş katibi Pan Gi Mun vurğulayıb ki, bütün beynəlxalq birliyin, zərər çəkmiş ölkələrin liderlərinin və əhalisinin birgə səyləri, habelə tibb işçilərinin əzmkarlığı sayəsində Ebola virusunun sürətlə yayılmasının qarşısını almaq mümkün olub.
Son iki ayda Liberiyada Ebola virusuna yalnız bir yoluxma faktı qeydə alınıb. Qvineya və Sierra-Leonenin sahilboyu rayonlarında xəstəliyin miqyası xeyli azalıb. Lakin mübarizə davam edir və BMT başçısının sözlərinə görə, son səylər daha çətin ola bilər.
Pan Gi Mun deyib: “Ebola epidemiyası ciddi problem olaraq qalır. Xeyli insan dünyasını dəyişib. Bütöv ailələr, icmalar və dövlətlər dağılıb. Buna baxmayaraq, son aylar biz xeyli irəliləyişin şahidi olmuşuq”. O vurğulayıb ki, Ebolaya yoluxanlara təhlükəsiz qulluq göstərilməsi və ölənlərin təhlükəsiz dəfn edilməsi üzrə tədbirlər bu baxımdan böyük rol oynayıb.
BMT-nin Baş katibi beynəlxalq birliyə müraciət edərək, onu Eboladan zərər çəkmiş ölkələrin bərpasına dair səyləri dəstəkləməyə çağırıb. O bildirib ki, həmin məqsədlər üçün vəsaitin toplanması üçün bu ilin iyul ayında Nyu-Yorkda beynəlxalq konfrans çağırmaq niyyətindədir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05