Bakı, 19 aprel, AZƏRTAC
Moldovanın Kişinyov şəhərində keçirilən “G-1” kateqoriyalı “Moldova Open” beynəlxalq turnirində 23 idmançı ilə turnirdə təmsil olunan yığmamız 9 medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılarımız İlkin Şahbazov (74 kq), Radik İsaev (87 kq), Fəridə Əzizova (67 kq) qızıl, Sina Bahrami (63 kq), Nurgül Çelik (49 kq) gümüş, Əhməd Mohammadi (87 kq), Patimat Abakarova (49 kq), Daria Şkurko (62 kq) və Parisa Mohammad Nejad (73 kq) isə turniri bürünc medalla başa vurublar.
İdmançılarımız Vətənə aprelin 20-də dönəcəklər.