AFFA millimizdə oynaması üçün Sankt-Peterburq "Zenit"inin azərbaycanlı futbolçusu Ramil Şeydayevə yenidən müraciət edib.

Rusiyanın U-21 millisinin oyunçusu AFFA-dan təklif aldığını təsdiqləyib.

R.Şeydayev azerisport.com-a açıqlamasında millidə oynaması üçün ona yenidən müraciət edildiyini deyib.

Xatırladaq ki, AFFA daha öncə R.Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı vermişdi.
Mənbə
ANS PRESS