Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" "Alanyaspor"u qəbul edib.
Oyun Adana təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəmşidin adı "18-liy"ə salınsa da, meydana çıхmayıb.
Qeyd edək ki, "Adanaspor" 29 turdan sonra 35 хalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az