Bakı, 19 aprel, AZƏRTAC
Xaçmazda ikimərtəbəli evdə yanğın olub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, rayonun Palçıqoba kəndində ümumi sahəsi 160 kv.m olan 4 otaqlı ikimərtəbəli evin mətbəxinin tavanı 9 kv.m sahədə və içərisindəki əşyalar yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.