Bakı, 19 aprel, AZƏRTAC
Dənizdə itən balıqçının cəsədi tapılıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu gün Qaradağ rayonunda 2 balıqçı dənizin nəzarət olunmayan hissəsində, sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib. Nazirliyin xilasediciləri balıqçılardan birini xilas edərək sudan çıxarıblar. Digər balıqçının isə cəsədi tapılıb.
Davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.