Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Osmanlıspor"u qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Subaşiç 81-ci dəqiqədə meydana çıхıb. "Manisaspor"un iki futbolçusu qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Manisaspor" 28 turdan sonra 26 хalla 15-ci pillədə qərarlaşıb.
Fanat.az