Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Samsunspor"u qəbul edib.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk start heyətində yer alıb və 16-cı dəqiqədə zədələnərək əvəzlənib. Umut isə 90 dəqiqə meydanda olub.
"Samsunspor"un heyətində isə sabiq "Xəzər Lənkəran"lı Mbilla Etame yer alıb. 85 dəqiqə oynayan futbolçu 82-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.
Qeyd edək ki, "Samsunspor" 28 turdan sonra 47 хalla 5-ci, "Qaziantep BB" isə 38 хalla 10-cu pillədə qərarlaşıb.
Fanat.az