Öldürülüb yandırılan polisin qətlinin yeni təfərrüatları
1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov polis işçisi olan digər xidmət yoldaşı Rabil Nuruş oğlu İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırmış. Hər iki polis əməkdaşı Bakıya imtahan sessiyasına gəlibmiş.
Kazımovla İbayev sessiya müddətində paytaxtın Xətai rayonunda ev kirayələyib. M.Kazımovun qohumları bir neçə gün öncə onun yoxa çıxdığını bildiriblər. Polis axtarışlara başlayıb. Polisin ilk dindirdiyi şəxs Kazımovun otaq yoldaşı Rabil İbayev olub. O isə Kazımovun harada olması barədə heç nə bilmədiyini deyib.
Halbuki M.Kazımov elə İbayev tərəfindən öldürülübmüş. İbayev törətdiyi cinayətin üstünün açılacağından qorxaraq Kazımovun meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.
O da məlum olub ki, M.Kazımov bundan az əvvəl şəxsi avtomobilini satıbmış. Maşının pulu da R.İbayev tərəfindən oğurlanıb.
Lakin polis Kazımovun qətlinin motivlərini açıqlamağa hələ tələsmir. Məsələ burasındadır ki, qətli törədən Rabil İbayevin səhhətində ciddi problemlər var, bu üzdən az öncə həyat yoldaşından da boşanıb. Belə ehtimal var ki, İbayevi bu cinayəti törətməyə sövq edən səbəblər arasında onun psixoloji problemləri amili də var. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47