Bakı, 19 aprel, AZƏRTAC
“Rusiya gözəli-2015” müsabiqəsində Yekaterinburq sakini Sofiya Nikitçuk qalib olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ölkənin hər yerindən 50 qızın iştirak etdiyi müsabiqənin finalı bu gün Moskvada başa çatıb. Qalibin seçimi bir neçə mərhələdə aparılıb. Jüri 50 qızdan 20 nəfəri seçdikdən sonra onlar arasında da seçim edilib. Qalib finala çıxan 10 nəfər arasından seçilib.
Müsabiqədə ikinci yeri Vladislava Yevtuşenko, üçüncü yeri isə Anastasiya Naydyonova tutub.