BDU-dan "Report"a verilən məlumata görə, tədbirdə THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, Ekologiya və Torpaqşünaslıq fakültəsi üzrə THT sədr müavini Mədinə Ağayeva və müxtəlif fakültələrin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan D.Qənbərov gəncləri Beynəlxalq ekologiya hüququ mövzusunda məlumatlandırıb.
Daha sonra Mədinə Ağayeva tədbirin əsas mahiyyətini, gənclərin əslində ekologiya sahəsində göstərə biləcəkləri fəaliyyətlərdən söz açıb.
Qızğın müzakirə şəraitində keçən tədbirdə tələbələrin yeni təklifləri dinlənilib.


