Bakı, 19 aprel, AZƏRTAC
Aralıq dənizdə Liviya sahilləri yaxınlığında 700 nəfərə qədər miqrantı daşıyan gəmi batıb. İndiyədək miqrantlardan yalnız 28-ni xilas etmək mümkün olub. Gəmi Liviya sahilindən 96 kilometr, İtaliya sahilindən isə 193 kilometr məsafədə batıb. İtaliya sahil təhlükəsizliyi xilasetmə işlərini davam etdirsə də, yüzlərlə insanın artıq boğulduğu ehtimal edilir.