Bakı, 19 aprel, AZƏRTAC
“Baku Crystal Hall”da keçirilən boks üzrə “Böyük İpək Yolu” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan turnirin beşinci günündə kişilərdə 10, qadınlarda isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşir.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparırlar.