"ABŞ İŞİD terror qruplaşmasını silah, pul və ərzaqla təmin edir".
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi bildirib.
 
“Bizim əldə etdiyimiz məlumatlara görə, ABŞ təyyarələri İŞİD-in nəzarətində olan aeroportlarda eniş və uçuşlar həyata keçirir. ABŞ terror qruplaşmasına silah, pul və ərzaq tədarük edir, sonra isə üzr istəyəcək ki, bu, guya, səhvən baş verib. Amerikalılar sözdə İŞİD-ə qarşı çıxmaq istədiklərini bildirirlər, əslində isə onlar müşahidə və kəşfiyyat aparır”, - deyə general qeyd edib.
 
Onun sözlərinə görə, artıq tezliklə ABŞ və Avropanı amansız terror dalğası bürüyəcək.
 
“Biz ABŞ və Britaniya hökumətlərinin, heç olmasa, öz xalqlarının xatirinə İŞİD-lə mübarizə aparacağına ümid edirik”, - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb.

Milli.Az