Gəncə, 19 aprel, AZƏRTAC
Gəncədə əlillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə müalicə sanatoriyalarına göndərilməsi davam edir.
Bu barədə AZƏRTAC-a məlumat verən şəhər əmək və əhalinin sosial müdafiə mərkəzinin sektor müdiri Tamaşa Tağızadə deyib ki, cari ilin ötən ayları ərzində bu məqsədlə 47 nəfər müraciət edib. Onlardan 10 nəfəri Naftalanda, Bilgəhdə və Abşerondakı sanatoriyalara göndərilib.
Mərkəzin təmsilçisi onu da əlavə edib ki, müalicə üçün müraciət edənlərin istəyi ilin sonunadək təmin olunacaq.