Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.
Metbuat.az-ın xəbərinə görə, üçüncü yarış günündə yeniyetmələr arasında sərbəst güləş üzrə 128 pəhləvan mübarizə aparıb. Yeniyetmə sərbəst güləşçilərimiz yarışı 4 qızıl, 3 gümüş və 8 bürünc medalla başa vurub. Komanda hesabında yığmamız birinci, Qazaxstan ikinci, Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.