Dünyanın ən məşhur moda evlərindən biri "Ultimo"nun banisi və sahibəsi Mişel Mone Şotlandiyanın paytaxtı Qlazqonun "Park Circus" səmtindəki lüks evini satışa çıxarıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, evin ilkin satış qiyməti 787700 funt-sterlinqdir.
 
43 yaşlı Mişel Mone bu evi sabiq əri Mayklla izdivacda olduğu zaman almışdı.
Mone ərindən 2011-ci ilin dekabrında boşanıb.
 
Məşhur modelyerin taunhausuna artıq potensial alıcılar da peyda olublar.
 
Milli.Az