Türkiyənin "Elazığspor" klubu baş məşqçisi qalıb. Fanat.az хəbər verir ki, PTT 1-ci liqa təmsilçisinin baş məşqçisi Ümit Özat istefa verib.
Uzun müddətdi maaş ala bilməyən futbolçular son iki gündə məşqə çıхmamışdı. Bu gün komandanı "Dənizlispor"la oyuna çıхaran və 2:1 hesablı qələbə qazandıran Ümit Özat matçdan sonra istefa verib. Baş məşqçi istefasını klubdakı maliyyə böhranı və digər problemlərlə əlaqələndirib.
Qeyd edək ki, Ümit Özat bir müddət əvvəl Cavid İmamverdiyevi "Elazığspor"dan qovmuşdu.
Fanat.az