Beynəlxalq Neft Agentliyi bildirir ki, əsaslı şəkildə fərqlənən neft bazarında ABŞ qalib, Rusiya və digər uğursuz neft dövlətləri isə məğlub olacağa bənzəyir.
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının enerji agentliyi BEA neft bazarında növbəti beş il üçün verdiyi illik proqnozda bildirib ki, ABŞ-ın nüfuzlu xam neft istehsalçısı kimi inkişafı, OPEK-in bütün dünyada əsas neft tədarükçüsü rolundan əl çəkməsi, dünya səviyyəsində neftə tələbatın zəif artımının həm neft istehsal edən, həm də neft istehlak edən ölkələr üçün əhəmiyyətli nəticələri olacaq.
 
ABŞ üçün problemsiz yüksəliş, İran Körfəzindəki neft nəhəngləri üçün bir neçə il sürəcək əziyyət, Venesuela kimi neft dövlətlərində uzun sürən qarışıqlıq, olduqca zəifləyən maliyyə və siyasi qeyri-sabitlik bu nəticələrə daxildir. BEA ən böyük zərbənin isə Rusiyaya dəyəcəyini bildirib.
 
BEA növbəti beş il ABŞ-da istehsalın artmağa davam edəcəyini, Rusiyada isə xam neft qiymətlərinin aşağı olması, Qərb dövlətləri tərəfindən qoyulan sanksiyaların dağıdıcı qüvvəsi və valyutanın dəyərdən düşməsi nəticəsində bir gündə çıxarılan neftin yarım milyona qədər azalacağını gözlədiyini bildirir. Bütün bu faktorlar Rusiyanın köhnə neft yataqlarında neft istehsalının davam etdirilməsi imkanlarına kapital qoymasını belə çətinləşdirir, qaldı ki, Rusiya Arktikada və ya dənizdə yeni layihələr başlada bilsin.
 
“Qiymətlərin kəskin şəkildə düşməsi, beynəlxalq sanksiyalar və valyutanın dəyərdən düşməsi ilə üzləşən Rusiya çox güman ki, bu sənayedə ən böyük məğlub olacaq” – deyə BEA bildirib. Agentliyin verdiyi məlumata görə, Rusiyada neft istehsalı 2020-ci ilə qədər bir günə 560000 barrelə qədər azala bilər, hazırda isə Rusiya bir gündə 10,5 milyon barrel neft çıxarır. Bu da öz növbəsində Rusiya Prezidenti Vladimir Putin üçün hakimiyyətə gəlməsindən bu yana ən ciddi problem təşkil edə biləcək daha böyük iqtisadi durğunluğa səbəb ola bilər.
 
Neft bazarında Rusiyadan başqa cavablanması gözlənilən bir böyük sual da var: Məğlubiyyət bitibmi? Qiymətlərin 50%-dən çox aşağı düşməsi neft sənayesində investisiyanın kəskin şəkildə azaldılmasına səbəb olub, bu da neft treyderlərini vahiməyə salıb və qiymətləri yenidən qaldırıb. Bir barrel neftin qiymətinin təxminən 40$ olması ilə amerikalı sürücülər ölkənin bir çox yerində benzin qiymətinin bir qallon üçün 2,50$-a düşdüyünə görə keçmişi xatırlayıblar. ABŞ-da neft qiymətlərinin bir barrel üçün 50$-a qayıtması ilə son günlərdə bu vəziyyət bir qədər dəyişib, yanacaq qiymətləri də yenidən qalxıb.
 
Neft analitikləri arasında qiymətlərin qalxıb-düşməsinin tezliklə sona çatıb-çatmayacağı ilə bağlı fikir ayrılıqları var. Citibank eksperti Edvard Mors kimi bəziləri neft qiymətinin bir barrel üçün 20$-a qədər düşə biləcəyini düşünür. OPEK daxilində optimist düşününlərə görə isə neft qiyməti yenidnən 200$-a qədər qalxa bilər.
 
Neft bazarlarında işlərin necə getdiyi ilə bağlı ikiqat dəyişiklik olduğuna görə kimin daha haqlı ola biləcəyini tapmaq olduqca çətindir. ABŞ-ın, əsasən, yüzlərlə ayrı-ayrı neft quyularının istifadəsindən asılı olan neft hasilatı qiymətlərin tez-tez dəyişməsinə dünyanın başqa yerlərində aparılan milyardlarla dollar dəyərində olan neft layihələrindən daha tez reaksiya verir. Bu, o deməkdir ki, neft bazarı təklif tərəfdən həmişə olduğundan daha çox narahatlıq hissi keçirir.
 
Ancaq BEA bildirib ki, neft istehlakı ilə bağlı köhnə qaydalar da artıq istifadə olunmur. Hər şeydən əvvəl, neftə tələbat artıq inkişaf etmiş ölkələrlə bağlı deyil: 2014-cü ildə ilk dəfə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından kənar inkişaf etməkdə olan ölkələr varlı ölkələrdən daha çox neft istifadə etdilər. 2015-ci ildə isə ilk dəfə Asiya qitəsində Amerika qitəsində olduğundan daha çox neft istehlak ediləcək.
 
“Neft tələbatının ağırlıq mərkəzi şərq ölkələrinə doğru getməyə davam edir” – BEA qeyd edib.
 
Bundan başqa, bütövlükdə neft istehlakının xüsusiyyətləri də dəyişməkdədir. Keçmişdə ucuz neftlə artan tələbat arasından düz bir xətt var idi. Hazırda isə belə deyil: Böyük Tənəzzülün qlobal təsirləri, enerji səmərəliliyinin artması və Çin kimi enerjinin çox istehlak edildiyi ölkələrin iqtisadiyyatını rejimə salmaq üçün atılan şüurlu addım sayəsində artıq ucuz neft avtomatik alınmır.
 
BEA ikiqat çətinliyin neft qiymətlərinin yenidən qalxsa da, yüksək səviyyəyə çata bilməyəcəyi olduğunu bildirir. Agentlik qiymətlərin son dövlərdə olduğu səviyyədən yüksək olsa da, son üç il müşahidə olunan yüksək səviyyələrdən aşağı olaraq sabitləşəcəyini güman edir.
 
Neft bazarının sarsılmasının əsasını ABŞ-ın sərt neft inqilabı təşkil edir. Ötən il ABŞ neft hasilatının artırılmasında bütün ölkələri geridə qoydu. Bu vəziyyətin davam edəcəyini gözləyən BEA-nın verdiyi proqnoza görə, növbəti beş il ərzində ABŞ çıxarılan hər beş barrel neftdən iki barrel neft istehsal edəcək. Neft sənayesində qiymətlərin aşağı olmasının istehsalçılar üçün əngəl törədəcəyi ilə bağlı narahatlıqlar olsa da, Kanada da həmçinin bir günün istehsalına əlavə 800000 barrel neft əlavə edərək istehsalı artırmağa davam edəcək. “Müvəqqəti olaraq qimətlərin düşməsi Şimali Amerikada təklif “tərəfinin” fasilə verməsinə səbəb olsa da, tamamilə dayanmasına səbəb olmayaq” – BEA bildirib.
 
OPEK də indiki vəziyyətində qala bilməz. BEA-nın verdiyi məlumata görə, bu kartel istehsalı ABŞ-ın neft istehsalının yalnız yarısı qədər artıracaq və proqnozlaşdırılan bu artımın təxminən hamısı İraqın payına düşür. İraqın büdcə gəlirlərinin azalması və cənubdakı böyük neft yataqlarından neft çıxarılmasının davam etdirilməsi ilə bağlı narahatlıqlarla yanaşı İslam Dövləti təhlükəsi ilə üzləşdiyini nəzərə alsaq, bu, olduqca gözlənilməz bir haldır.
 
Buna baxmayaraq, BEA üçün OPEK-in əsl problemli üzvü Liviyadır. Ölkə neft yataqları üzərində idarə üçün mübarizə aparan islamçılarla bir-birilə çəkişən qüvvə və hərbçilər tərəfindən parçalanıb. Agentlik bildirir ki, bu, Liviyanın neft istehsalını kəskin şəkildə azaldıb. İran üçün isə vəziyyət fərqlidir: İranın nüvə proqramı ilə bağlı Qərb ölkələri ilə razılaşma ümidi ölkənin neft ixracını iflic vəziyyətinə salmış sanksiyalara son qoymaq ehtimalını artırır. BEA xəbərdarlıq edir ki, razılaşma əldə edildiyi halda, İran bir gündə bazara 1 milyon barrel neft çıxaracaq, bu da ticarət nümunələrini qlobal səviyyədə kökündən dəyişəcək və qiymətlərin daha da aşağı düşməsinə səbəb olacaq.
 
BEA-nın hesabatında bütün dünyadakı neft istehsalçıları arasında ən böyük məğlub kimi göstərilən Rusiya öz problemləri üçün başqalarını günahlandırmağa çalışır. Rusinanın böyük “Rosneft” neft şirkətinin rəhbəri İqor Seçin çərşənbə axşamı Londonda keçirilən bir tədbirdə OPEK-in Moskva, Karakas və Tehrandan istehsalı azaltması ilə bağlı gələn müraciətlərə baxmayaraq ötən ilin sonu qiymətlərin sürətlə düşdüyü bir vaxtda neft çıxarılmasını davam etdirdiyini qeyd edərək neft bazarındakı qarışıqlığa görə OPEK-i günahlandırıb.
 
Sanksiyalardan əziyyət çəkən Seçin inqilabların uzun sürmədiyini bildirərək ABŞ-da neft sahəsinin sürətlə inkişaf etməsini də pisləyib. Son olaraq, Seçin qiymətlərin düşməsinin istehsalçıları bu ilin sonuna qədər bazara lazım olan səviyyədə neft çıxara bilməyəcək qədər çətinə salacağını gözləyir.
 
BEA isə eyni fikirdə deyil. Qiymətlərin aşağı olması bu ilin sonuna qədər neft bazarında vəziyyəti gərginləşdirəcək, ancaq Seçinin irəli sürdüyü fikrin gerçəkləşməsi ehtimalı olduqca azdır. Daha dəqiq desək, xüsusilə ABŞ-da olmaqla, qlobal neft bazarındakı inqilab asanlıqla təslim olmayacaq.
 
BEA belə nəticəyə gəlib ki, “Önəmli bir şey olacaqsa, o da Şimali Amerika və İraqın onilliyin sonuna qədər əvvəl gözlənildiyindən daha böyük əhəmiyyət qazanmaları olacaq.”