Madrid, 18 aprel, AZƏRTAC
Azərbaycan-İspaniya Ticarət Assosiasiyası fəaliyyətə başlayıb.
Assosiasiyanın yaradılmasında məqsəd Azərbaycan ilə İspaniya arasında iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, həmçinin mədəniyyət və idman sahələrində əlaqələrin yaradılması və inkişafı istiqamətində işlərin görülməsidir.
Hazırda assosiasiyanın İspaniya tərəfindən 58 şirkət-üzvü var və gələcəkdə bu rəqəmin daha da artırılması nəzərdə tutulub.
Azərbaycan-İspaniya Ticarət Assosiasiyası avqust ayında gənclər və yeniyetmələr arasında keçiriləcək kikboksinq üzrə Avropa çempionatının baş təşkilatçılarındandır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid