Bakı, 18 aprel, AZƏRTAC
''Bank of Baku'' Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) ABŞ və Avropadan gətirilən son iqtisadi ədəbiyyatlar hədiyyə edib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağı və ''Bank of Baku'' arasında imzalanan müqaviləyə əsasən “SABAH” qruplarında yaradılan “Bank işi” tədris laboratoriyasının kitabxanasına hədiyyə edilən kitablardan universitetin müəllim və tələbələri faydalanacaqlar.