Bakı, 18 aprel, AZƏRTAC
Türkiyənin bir sıra nazirliklərini təmsil edən nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasını ziyarət edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədlərindən biri Xəzər dənizinin tranzit imkanlarının perspektivləri və buradan yük daşıyan Ro-Ro tipli gəmilərlə tanış olmaqdır.
Görüşdə türkiyəli qonaqlara məlumat verilib ki, QSC-də yanalma körpüsündə yüklərin gəmilərə daxil olması prosesinin şəffaflığı və yüklərin izlənilməsi üçün elektron sistem yaradılıb. Bunun sayəsində sahibkarlar onlayn şəkildə yüklərinin hərəkət marşrutunu rahat şəkildə izləyə bilirlər. Yükləmə və boşaltma əməliyyatlarının sistemləşdirilməsi nəticəsində isə statistikanın daha da dəqiq aparılması mümkün olub. Bundan əlavə limana daxil olan hər bir şəxs ilk olaraq xidmətlərin tarifləri ilə tanış olur.