Yeni ofis şirkətin Sinqapurda inkişafına xidmət edəcək, eləcə də gələcəkdə bölmələrdə tədqiqat və işləmələr mərkəzləri açılacaq. Nümayəndəliyin həmçinin Kasperski laboratoriyasının Sakit okean regionunda mənzil-qərargahı rolunu oynayacağı nəzərdə tutulur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Sinqapur Sakit okean regionunun Asiya hissəsinin işgüzar mərkəzi olması üçün seçilib. Bununla yanaşı, ölkədə şirkətin sıx əməkdaşlıq etdiyi İnterpolun qlobal innovasiya mərkəzi yerləşir. Kasperski laboratoriyasının mütəxəssislərindən biri artıq İnterpol kompleksinin bazasında çalışır. Bu yaxınlarda ona həmkarları - Sinqapurda tədqiqat qrupunun üzvləri olacaq təhlükəsizlik üzrə digər aparıcı ekspertlər qoşulacaqlar.
Milli.Az