Masallı, 18 aprel, AZƏRTAC
Masallı şəhər 2 nömrəli tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən rayon birinciliyində 72 nəfər kiçik yaşlı uşaq və yeniyetmə idmançılar 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıblar.
Qaliblərə diplomlar və medallar verilib.
