Gəncə, 18 aprel, AZƏRTAC
Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğu İdarəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycanda tarixi abidələrə göstərilən dövlət qayğısından, eləcə də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətindən danışılıb.
Sonra seminar “Comərdi qəssab” türbəsində və “Qoşa qala divarları” arxeologiya və etnoqrafiya muzeyində davam etdirilib.

