Tbilisi, 18 aprel, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə planlaşdırılmış bütün işlər yerinə yetirilir. Bu layihənin uğurla başa çatmasına heç bir maneə olmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili deyib.
Nazir bildirib ki, bu ilin sonunda layihənin əsas hissəsinin fəaliyyət göstərməsi təmin olunacaq. Axalkalaki stansiyasında aparılan işlər bir az vaxt tələb edə bilər. Lakin sərhədə qədər dəmir yolu mütləq fəaliyyət göstərəcəkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi