Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) 81 dövlət orqanında 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb. Müsabiqəyə təqdim edilmiş 922 vakant dövlət qulluğu vəzifəsi sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 vakansiyası yer alıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğunda çalışmaq istəyənlər RYTN-in müsabiqəyə təqdim etdiyi vakansiyalara xüsusi maraq göstərib. Belə ki, DQMK-nın müsabiqə qaliblərinin dövlət orqanları üzrə açıqladığı statistikaya əsasən, RYTN-in 16 vakansiyasına 465 namizəd sənəd verib, onlardan 13-ü müsabiqənin qalibi olub.