Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil olunan çempionata 19 komandanın tərkibində 60 idmançı iştirak edib. İdmançılar Olimpiya sistemi ilə şəxsi və komanda hesabında mübarizə aparıblar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Şimal-Qərb Regional Mərkəzinin komandası tutub.
Şəxsi göstəricilərə görə Əli Bayramov (Xüsusi Riskli Xilasetmə Xidməti), Vüqar (İbrahimov DYMX) və Tofiq Rzayev (DYMX) müvafiq olaraq birinci, ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara FHN-nin idman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.
Hər ay keçirilən çempionatlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdıran F.Musayev qeyd edib ki, bu yarışa Azərbaycan çempionları da qatılıb. Eyni zamanda, regional mərkəzin idmançıları da peşəkar səviyyədə oyun nümayiş etdirərək fəxri kürsüdə yer tutublar.
Nazirliyin qurumları arasında növbəti çempionat mini-futbol üzrə keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25