Şəmkir, 18 aprel, AZƏRTAC
“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində hər həftənin şənbə və bazar günləri iməciliyə çıxan şəmkirlilər növbəti aksiyada da fəallıqla iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, aprelin 18-də rayonun Şiştəpə kəndi ərazisində keçirilən iməciliyə idarə və təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri böyük həvəslə qoşulublar. Gün ərzində davam edən iməcilik zamanı 5 min ədəd ağcaqayın, iydə və müxtəlif meyvə ağacları əkilib, ərazidə təmizlik işləri aparılıb.