Serbiyada yeniyetmə və gənc samboçular arasında keçirilən Avropa birinciliyində maraqlı hadisə yaşanıb.

Metbuat.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində çıxış edən Kamran Əsgərov finalda erməni idmançı Volodya Sarqsyanı məğlub edərək qızıl medala sahib çıxıb. Ancaq mükafatlandırma mərasimi zamanı Azərbaycan himni əvəzinə Ermənistanın himni səsləndirilib. Daha sonra təşkilatçılar səhvlərini düzəldiblər.

Həmin görüntünü təqdim edirik.