Bakı, 18 aprel, AZƏRTAC 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) “quş qripi” xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayır və ardıcıl olaraq monitorinqlər aparır.
DBNX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, quşların miqrasiyası nəzərə alınaraq növbəti monitorinqin mayın 4-də keçirilməsi nəzərdə tutulub.
Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.