Rusiyanın Yoşkar-Olı şəhərinin itkin düşən meri Pavel Plotnikov bu səhər tapılıb.

ANS PRESS-in "Dojd" telekanalının saytına istinadən verdiyi məlumata görə, şəhər meri sağ tapılıb. Bu barədə "Pro город Йошкар-Ола" portalı qeyri--rəsmi mənbəyə istinadən məlumat yayıb.

Hazırda merin itkin düşməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, merin həyat yoldaşı polisə gələrək ərinin itkin düşdüyünü bildirmişdi.
Mənbə
ANS PRESS