Bakı, 18 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyi münasibətilə aprelin 18-də qurumun Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin əməkdaşlarının fəallığı ilə müşayiət olunan aksiya zamanı Ceyranbatan su anbarı ətrafındakı ərazidə təmizlik-abadlıq işləri aparılıb, 1100 sidr ağacı əkilib.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.