Bakı, 18 aprel, AZƏRTAC
Serbiyanın Novi Sad şəhərində yeniyetmələr arasında sambo üzrə Avropa birincliyinin ilk günündə Azərbaycan millisi 2 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə yeniyetmələr arasında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Əsgərov ermənistanlı rəqibi Volodya Sarkisyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Yeniyetmələrin yarışında isə Eyvaz Baxşıyev (48 kq) bürünc medal qazanıb.