Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda maskalı şəxs mağazadan oğurluq edib. "Report"un məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi yolunda yerləşən İlqar Çərkəzova məxsus mağazada qeydə alınıb. Gecə saatlarında mağazanın qıfılını qıraraq ora daxil olan naməlum şəxs siqaret və kassadan pul götürərək aradan çıxıb. O, mağaza sahibinə ümumilikdə 2 500 manat məbləğində ziyan vurub. 
Mağazadan oğurluq edən şəxs obyektdə quraşdırılan təhlükəsizlik kamerasına düşüb. Lakin naməlum oğru mağazada kamera olduğunu bildiyindən, ora başına maska keçirdikdən sonra daxil olub.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.