Qadın voleybolçulardan ibarət Finlandiya millisinin sabiq üzvü Riikka Lehtonen yenidən Bakıya gəlir. Fanat.az хəbər verir ki, 35 yaşı fin voleybolçu I Avropa oyunlarında iştirak edəcək.


Belə ki, o, Bakıda keçiriləcək yarışa qatılacaq Finlandiyanın çimərlik voleybolu üzvü 2 cütlüyündən birində iştirak edəcək. Lehtonenlə Taru Lahti bir cütlükdə yarışacaq. Digər cütlükdə isə Emiliya və Erika Nyström bacıları yer alacaq.

 

Qeyd edək ki, Lehtonen 2010/11 mövsümündə "İqtisadçı"da, 2012/13 mövsümündə isə "Azərreyl"də oynayıb.


Fanat.az