Bakıda qətl hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Suraxanı rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümov APA-ya bildirib. Onun verdiyi məlumata görə, bu gün rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi ev 12 ünvanında kirayədə yaşayan Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Çiçək Mikayıl qızı Alıyevanın meyiti aşkar edilib.

Meyitə ilkin baxış zamanı Ç. Alıyevanın qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS