Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova İsveçrə çempionu olub. Fanat.az хəbər verir ki, onun çıхış etdiyi "Volero" klubu ölkə çempionatının qalibi adını qazanıb.
Sürix təmsilçisi final mərhələsində "Könits"ə hər 3 oyunda qalib gələrək çempionluğunu elan edib. Natalyanın komandası bir neçə gün əvvəl ölkə kubokunun da qalibi olmuşdu. Bununla millimizin üzvü İsveçrədə "qızıl dubl" edib.
Fanat.az