Bakıda 16 yaşadək qızlardan ibarət komandaların iştirakı ilə təşkil olunmuş UEFA-nın İnkişaf turnirində ikinci turun oyunları keçirilib.
Metbuat.az-ın xəbərinə görə, Azərbaycan millisi Qazaxıstanla qarşılaşıb. Oyunda qol səsi çıxmayıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. "Futbol lotereyası"nı daha dəqiq yerinə yetirən yığmamız qələbə qazanıb. Yunanıstan isə Gürcüstanı 7:0 hesabı ilə darmadağın edib.
Yunanıstan - Gürcüstan - 7:0
Azərbaycan - Qazaxıstan - 0:0 (5:4-pen.)