Bakı, 18 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında respublika üzrə bütün maliyyə mənbələrindən əsas kapitala 3,2 milyard manat vəsait yönəldilib. Həmin vəsaitin 54,7 faizi daxili mənbələr hesabına təmin edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC- a verilən məlumata görə, sərf edilmiş sərmayələrin 70,5 faizi məhsul istehsalı, 29,5 faizi isə xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.
Qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,0 faizini təşkil edib.