Fələstində Məhbuslar Günü münasibətilə keçirilən etiraz aksiyalarında İordan çayının Qərb sahilinin sakinləri də iştirak ediblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, aksiya iştirakçıları İsrail polisini və hərbçilərini daşa basıblar.
Nablus şəhərindəki bu aksiya zamanı polislə hərbçilər isə həmişə olduğu kimi, fələstinlilərə atəş açıblar.
Lakin ölüm təhlükəsinə rəğmən 5 yaşlı fələstinli oğlan irəli atılaraq təpədən-dırnağadək silahlanmış İsrail hərbçilərini daşa basıb.
İsrail 1967-ci ildə Fələstini işğal edəndən bəri 800 mindən artıq fələstinli həbsxanalara düşüb. Hazırda 6 min nəfərdən artıq fələstinli İsrail həbsxanalarında, dəmir barmaqlıqlar arxasındadır.
Milli.Az





