Əflatun Amaşov: "Azərbaycanda "jurnalist"lərin sayı azalıb"
Bakı. 18 aprel. REPORT.AZ/ "Hazırda Azərbaycanda "reket jurnalist"lərin sayı azalıb. Əvvəllər jurnalist vəsiqəsi daşıyan insanların sayı jurnalist fəaliyyəti ilə məşğul olan insanların sayından təqribən on dəfə çox idi".
Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov qeyd edib ki, əvvəlki illərə nisbətən Azərbaycanda jurnalistika inkişaf edib: "Əvvəllər bəzi insanlar şəxsi məqsədləri üçün jurnalistika ilə məşğul olurdular, qəzetlər yaradırdılar. Onların sayı indi kifayət qədər azalıb. Bu, müsbət haldır".
Onun sözlərinə görə, hazırki dövrdə də "reket jurnalistika" ilə məşğul olanlar var və onların fəaliyyətləri mütəmadi yoxlanılır: "Jurnalistlərin Peşə Davranış Qaydalarını pozan kütləvi informasiya vasitələri Mətbuat Şurasının "qara siyahı"sına salınır. Əgər hansısa KİV bir il müddətində peşə davranış qaydalarını pozmayıbsa, yəni, tövsiyələrə əməl edibsə, Şuraya müraciət əsasında məsələyə baxıla və onların adları siyahıdan çıxarıla bilər".
Mətbuat Şurasının qəbul etdiyi qərarların ictimai qınağa əsaslandığını deyən Ə.Amaşov qeyd edib ki, bu qərarlar çox böyük əhəmiyyətə malikdir: "Bu baxımdan, gələcəkdə atılacaq addımların sərtləşəcəyini düşünmürəm. Çünki Mətbuat Şurasının qərarları effekt verir".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47