İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı 14 nəfər yaralanıb.
 
Qeyd edək ki, bundan əvvəl 1 nəfərin öldüyü, 5 nəfərin isə xəsarət aldığı bildirilirdi.
 
ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur.

Ölənlərdən 2-si Türkiyə vətəndaşı ölüb.

APA-nın Haberler.com xəbər portalına istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi faktı təsdiqləyərək, yaralananlar arasında daha 5 Türkiyə vətəndaşının olduğunu bildirib.
 
Reuters agentliyinin məlumatına əsasən, ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.

Milli.Az