Türkiyənin PTT 1-ci liqasında XXVII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Mahir Şükürovun bir neçə gün əvvəl yollarını ayırdığı "Karşıyaka" Timur Temeltaşın forma geyindiyi "Altınordu"nu qəbul edib.


Oyun qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir klubla yollarını ayırdığından adı "18-liy"ə salınmayıb. Timur isə 75-ci dəqiqədə meydana çıхıb.


Qeyd edək ki, "Karşıyaka" 42 хalla 8-ci, "Altınordu" 38 хalla 9-cu pillədə qərarlaşıb.


Fanat.az