World Car Design 2015 titulunu almasından az qala heç bir həftə keçməmiş Citroen C4 Cactus 14-19 apreldə nüfuzlu Milan dizayn həftəsi çərçivəsində daha iki sərgidə iştirak etməklə öz dizaynı ilə əfsanəvi avtomobil statusunu bir daha təsdiq edir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, öz orijinallığını və müasirliyini nümayiş etdirmək üçün C4 Cactus Dizayn museyində “Həyat incəsənəti”, İstedad və İqtisadiyyat sərgisində isə “Fransız dizaynı” layihələri çərçivəsində təqdim edilmək üçün seçilib.
 
“The Art of Living” sərgisində Citroen C4 Cactus virtual qarajda nümayiş etdirilərək dizaynını, orijinallığını və əldə etdiyi müasir texnoloji nailiyyətləri təqdim edəcək.
 
Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.